https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"İnter" - "Neftçi" matçından sonra qalmaqal

"İnter" - "Neftçi" matçından sonra qalmaqal

Azərbaycan Premyer Liqasının II turunda keçirilən "İnter" - "Neftçi" matçından sonra qalmaqal baş verib.

Qol.Az-ın "sportnet.az"a istinadən verdiyi məlumata görə, hakimin final fitindən sonra "Neftçi" fanatlarından biri öz komandasının futbolçularına hücum edib.

Bu zaman o, sərt reaksiya ilə üzləşib. Araz Abdullayevlə Rahil Məmmədli azarkeşi vurmağa cəhd edib. Araya girən "Neftçi"nin sabiq futbolçusu, hazırda "İnter"də çıxış edən Mirhüseyn Seyidov onları sakitləşdirməyə çalışıb.

Dərhal polis müdaxilə edərək, həmin azarkeşi zərərsizləşdirib və özləri ilə aparıb.

Qeyd edək ki, "İnter" - "Neftçi" oyunu 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.