https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

“Yanq Boys”un rəsmi saytı: “Ağdam ermənilər tərəfindən işğal olunub”

“Yanq Boys”un rəsmi saytı: “Ağdam ermənilər tərəfindən işğal olunub”

İsveçrənin “Yanq Boys” klubunun rəsmi saytı Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la ilk oyun ərəfəsində Ağdam klubu haqda yazı dərc edib.

Qol.Az-ın xəbərinə görə, yazıda “Qarabağ”ın uğurlu çıxışına diqqət çəkilib, komandanın son iki mövsüm Azərbaycan çempionu olduğu, Avroliqanın qrup mərhələsində iştirak etdiyi bildirilib.

Xatırladılıb ki, ötən mövsüm komanda “İnter” və “Dnepr”dən sonra Avroliqada qrupu üçüncü yerdə tamamlayıb. Amma eyni zamanda Ağdam təmsilçisinin bəxtsizlik ucbatından növbəti mərhələyə keçə bilmədiyi qeyd olunub.

Yazıda eyni zamanda komandanın bu mövsüm Çempionlar Liqasındakı çıxışına toxunulub, “Seltik”lə məğlubiyyətdən sonra “Qarabağ”ın Avroliqanın pley-offuna düşdüyü bildirilib.

Yazıda diqqət çəkən əsas məqam Ağdamla bağlı olub. Qeyd olunub ki, komanda 1993-cü ildə ev oyunlarını Bakıda keçirir. Buna səbəb kimi, həmin il Ağdamın Ermənistan ordusu tərəfindən işğal edilməsi göstərilib. “Hazırda Ağdam burada yerləşdirilən bir neçə insanın yaşadığı ruhlar şəhəridir” – deyə yazıda vurğulanıb.

Qeyd edək ki, “Yanq Boys”un rəsmi səhifəsi Ağdamın ermənilər tərəfindən darmadağın edilmiş hazırkı durumunu təsdiq edən şəkil də paylaşıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.