https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Neftçi" bəyanat yaydı

"Neftçi" bəyanat yaydı

"Neftçi" dünən Azərbaycan Premyer Liqasının II turunda "İnter"lə keçirilmiş oyundan (0:1) sonra azarkeşlərlə yaranmış problemlə bağlı bəyanat yayıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bəyanatda deyilir:

"Azərbaycan Premyer Liqasının II turu çərçivəsində keçirilmiş “İnter” – “Neftçi” PFK matçından sonra komandamızın baş məşqçisi Samir Əliyev, eləcə də futbolçular azarkeşlərimizin olduğu sektora yaxınlaşaraq dəstəyə görə onlara təşəkkürünü bildiriblər. Nəticədən asılı olmayaraq komanda və azarkeşlərin yaxınlığı, ünsiyyəti “Neftçi” üçün çox vacibdir.

Təəssüf ki, azarkeşlərimizlə ünsiyyət zamanı başqa sektordan kənar şəxs meydançaya daxil olmuş və futbolçuların üstünə hücum çəkib. Futbolçulara qarşı nalayiq ifadələr işlədən bu şəxs əl-qol hərəkətləri etməkdən də çəkinməyib. Belə olan halda, “Neftçi”nin futbolçuları yalnız özlərini müdafiə etməyə çalışıblar. Həmin şəxs “İnter”in futbolçusu Rauf Əliyevin CBC TV-yə birbaşa yayımda müsahibəsi zamanı müdaxilə edib və futbolçunun ünvanına xoşagəlməz ifadələr işlədib.

“Neftçi” olaraq stadionlarımızda belə halların baş verməsini qəti surətdə pisləyirik. İnanırıq ki, gələcəkdə belə hallar təkrar olunmayacaq. “Neftçi” azarkeşi ölkənin ən qocaman və ən köklü azarkeşidir. Klubumuz öz tərəfdarlarının dəstəyini hər zaman hiss edib. “Neftçi” ailəsinin 12-ci üzvü azarkeşlərdir. Məhz onların da dəstəyi sayəsində komandamız gələcək uğurlarına imza atacaq".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.