https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Beynəlxalq Gənclər Düşərgəsi açıldı

Beynəlxalq Gənclər Düşərgəsi açıldı

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) və Beynəlxalq Dağçılıq Federasiyasının təşkilatçılığı ilə (UİAA) Qusarın Ləzə kəndində təşkil olunan Beynəlxalq Gənclər Düşərgəsinin açılışı olub.
 
Bu barədə Trend Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verib.

Açılış mərasimində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Firdovsi Əliyev, Beynəlxalq Dağçılıq Federasiyasının vitse prezidenti Piter Farkas, Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərid Qasımov iştirak edib.

Türkiyə, Gürcüstan, İran, Türkmənistan və Azərbaycandan olan düşərgə iştirakçıları üçün təlimlər Türk Dağçılıq Federasiyasının beynəlxalq standartlı təlimçiləri tərəfindən keçirilir. Düşərgəyə qatılan gənclər isə burada yaradılmış şəraitdən, eləcə də beynəlxalq səviyyəli məşqçilər tərəfindən keçirilən təlimlərdən razılıq ifadə ediblər.

Beynəlxalq Dağçılıq Federasiyasının vitse prezidenti Piter Farkas mərasimdə çıxışı zamanı bildirib ki, Beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi təsadüfi deyil, çünki, FAIREX tərəfindən Azərbaycanda ekstremal idman növlərinin inkişafı istiqamətində xeyli işlər görülüb.

Qeyd edək ki, düşərgədə idman qayayadırmanması sahəsində təcrübəsi olan 50 xarici və yerli idmançı təlim keçir və düşərgə iştirakçıları beynəlxalq səviyyəli təlimçilər tərəfindən idman dırmanması marşrutlarının təşkili, habelə dağ turizmi sahəsində vacib olan peşəkar bələdçilik üçün zəruri bilik və bacarıqlara yiyələnir, Azərbaycanın təbii gözəlliyi, ölkənin dağçılıq turizminin inkişaf perspektivləri və mövcud potensialı ilə yerində tanış olmaq imkanı qazanırlar.

Xatırladaq ki, düşərgədə təlimlər avqustun 23-dək davam edəcək və sonda iştikarçılara sertifikatlar veriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.