|
|
|
|

İspaniya superkubokunun "Atletik"lə cavab matçında (1:1) yan xətt hakimini təhqir edən "Barselona"nın futbolçusu Jerar Pikenin cəzası bəlli olub.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, İspaniya Futbol Federasiyası 28 yaşlı futbolçunu cəzalandırıb.
"Atletik"lə matçın 56-cı dəqiqəsində yan xətt hakimini söydüyü üçün meydandan qovulan Pike qarşıdakı 4 oyunda komandasına kömək edə bilməyəcək. O, La Liqada "Atletik", "Malaqa", "Atletiko" və "Levante" ilə oyunları buraxmalı olacaq.
Qeyd edək ki, İspaniya La Liqasında 2015/2016 mövsümü avqustun 21-də keçiriləcək "Malaqa" - "Sevilya" matçı ilə start götürəcək.



