|
|
|
|

Avropa Liqasının "pley-off" mərhələsində sabah keçiriləcək "Yanq Boyz" (İsveçrə) - "Qarabağ" (Azərbaycan) oyunu canlı yayımlanacaq.
Ağdam klubunun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, qarşılaşma "İdman Azərbaycan" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.
Qeyd edək ki, "Yanq Boyz" - "Qarabağ" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



