https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Neftçi"nin oyununun məkanı və vaxtı dəyişdirildi

"Neftçi"nin oyununun məkanı və vaxtı dəyişdirildi

PFL Azərbaycan Premyer Liqasının üçüncü turunda keçiriləcək “Neftçi” – “Sumqayıt” matçının məkanını və vaxtını dəyişib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma “Bakcell Arena”da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.

“Neftçi” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Xorvatiya görüşü ilə əlaqədar olaraq, ev oyunlarını keçirdiyi 8-ci km qəsəbə stadionunun təmirə bağlanacağını bildirib.
 
Bu səbəbdən klub Azərbaycan Premyer Liqasının III turunda  “Sumqayıt”la matçın İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilməsinə icazə verilməsini xahiş edib. Bunu nəzərə alan PFL qarşılaşmanın məkanını dəyişməyə qərar verib.

Avqustun 23-ü keçiriləcək oyun əvvəlcədən nəzərdə tutulduğu kimi saat 21:00-da yox, 18:30-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.