https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Qarabağ" "Yanq Boyz"a qalib gəldi

"Qarabağ" "Yanq Boyz"a qalib gəldi

Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da turnirdə  növbəti oyununa çıxıb.

Qurban Qurbanovun komandası İsveçrənin “Yanq Boyz” klubu ilə üz-üzə gəlib. Ötən mövsüm qrup mərhələsinə vəsiqə qazanan təmsilçimiz bu dəfə də ən azı həmin uğurunu təkrarlamağa çalışacaqdı.

Bunun üçün səfərdə keçirilən ilk oyunda sərfəli nəticə qazanmaq lazım idi ki, son Azərbaycan çempionu da bunu bacarıb. Riçard Almeydanın 67-ci dəqiqədə vurduğu qol "Qarabağ"a minimal hesablı qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

20 avqust

Avropa Liqası, pley-off mərhələsinin ilk oyunlar
 
23:00. “Yanq Boyz” (İsveçrə) - “Qarabağ” (Azərbaycan) - 0:1

Qol: Riçard Almeyda, 67 (0:1)

Hakimlər: Vladislav Bezborodov, Nikolay Qolubev, Maksim Qavrilin (hamısı Rusiya)

Bern. “Stad de Suiss”

"Yanq Boyz": Mvogo, Milan Vilotiç, Von Bergen, Yan Lekyaks, Skot Sutter, Leonardo Bertone, Miralem Süleymani, Milan Qayiç, Rafael Nuzzolo, Yuya Kubo, Qiyom Oaro

Ehtiyat oyunçular: Marko Völfli,Floren Haderqyonay,  Qreqori Vütriç, Denis Zakariya, . Aleksandr Qonzalez,  Haris Tabakoviç,  Samuel Afum

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev,  Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, Dani Kintana, Bədavi Hüseynov, Reynaldo, Alharbi Əl Jadeyaoui, İlqar Qurbanov, Cavid Tağıyev

Ehtiyat oyunçular: Fərhad Vəliyev,  Elvin Yunuszadə, Vüqar Mustafayev, Elvin Məmmədov, Raydell Puponu, Coşqun Diniyev, Əfran İsmayılov

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.