https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Qurban Qurbanov: "Cavab oyunu daha çətin olacaq"

Qurban Qurbanov: "Cavab oyunu daha çətin olacaq"

"Cavab qarşılaşması bu oyundan da çətin olacaq. Rəqib bizə çox çətin anlar yaşatdı".
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində səfərdə "Yanq Boyz"a 1:0 qalib gəldikləri oyundan sonra deyib.

Q.Qurbanov cavab matçının daha fərqli keçəcəyini bildirib: "Yanq Boyz"un oyun üslubu bizə çox yad və çətin bir üslubdur. Bakıda daha fərqli oyun olacaq. Rəqib daha çox hücum etməli olacaq. "Yanq Boyz"un heyətində oyunun nəticəsini dəyişməyə qadir futbolçular var".

Qeyd edək ki, "Qarabağ" və "Yanq Boyz" arasında cavab matçı avqustun 27-də, Bakıda keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.