https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Panatinaikos"un futbolçusu: "Bakıda qol vurmalı idik"

"Panatinaikos"un futbolçusu: "Bakıda qol vurmalı idik"

"Belə rəqibə qarşı səfərdə qol vurmalı idik. Əgər bunu bacarsaydıq, rəqibin müdafiəsində daha çox boşluqlar yaranacaqdı ki, bu da bizim hesabı artırmağımıza kömək edəcəkdi. Ancaq təəssüf ki, qol imkanlarımız olsa da, bundan yararlana bilmədik".

Qol.Az-ın Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Panatinaikos"un futbolçusu Anastasios Laqos Avropa Liqasının pley-off mərhələsində "Qəbələ" ilə 0:0 bərabərə qaldıqları görüşdən sonra deyib.

Yunanıstanlı futbolçu komandasının qrup mərhələsinə vəsiqə qazanacağına inandığını bildirib:

"Komandama güvənirəm və əminəm ki, cavab matçında gücümüzü meydanda göstərəcəyik. Ola bilər ki, komanda hazırda yaxşı vəziyyətdə deyil. Çempionlar Liqasında "Brügge"yə məğlubiyyətdən sonra psixoloji olaraq sarsıldıq. Bu, "Qəbələ" ilə oyuna da sirayət etdi. Ancaq qarşımıza hədəf qoymuşuqsa, ona çatmaq üçün sonadək mübarizə aparmalıyıq. Komandamın qrup mərhələsinə vəsiqə qazanacağına inanıram".

Qeyd edək ki, "Qəbələ" və "Panatinaikos" arasında cavab görüşü avqustun 27-də Afinada keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.