|
|
|
|

Arda Turanın yeni klubu "Barselona"da illik qazancı müəyyənləşib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçi illik 8 milyon avro alacaq. Bildirilir ki, digər mükafatarla birgə A.Turanın illik maaşı 11 milyon avroya çata bilər.
Ancaq İspaniyada vergi qanunlarına əsasən, ilinə 1 milyondan çox qazanann futbolçular maaşının 50 faizini vergiyə ödəməlidirlər. Bu isə o deməkdir ki, A.Turan "Barselona"da təxminən 4 milyon avro qazanacaq.
Bundan başqa, A.Turan mövsüm ərzində matçların 60 faizində oynayacağı təqdirdə, əlavə olaraq 1 milyon avro ilə mükafatlandırılacaq.
İspaniya mətbuatı A.Turanın maaşının Messi, Neymar, Suares kimi futbolçularla müqayisədə çox az olduğunu yazıb. Onun illik qazancının İvan Rakitiçlə eyni olduğu bildirilib.



