|
|
|
|

Almaniya bundesliqasının ikinci turunda hazırda davam edən "Hoffenhaym" - "Bavariya" matçı tarixə keçib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, sözügedən qarşılaşmada bundesliqa tarixinin ən erkən qolu vurulub. "Hoffenhaym"ın hücumçusu Kevin Volland qarşılaşmanın 7-ci saniyəsində fərqlənib. Bu isə, bundesliqa tarixi üçün rekord göstəricidir.



