https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Azərbaycan millisinə daha 6 qol vura bilmərik"

"Azərbaycan millisinə daha 6 qol vura bilmərik"

"Robert Prosineçki Xorvatiya yığmasını yaxşı tanıyır. Burada gizli heç nə yoxdur. O, daha öncə burada olub və Xorvatiya millisində oynayıb. Ona görə də, Xorvatiya millisini gözəl tanıyır".

Qol.Az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç deyib.

Xorvatiya mətbuatına danışan 43 yaşlı mütəxəssis "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları Azərbaycan millisi ilə oyuna toxunub. O, Azərbaycan yığmasının hazırda daha ciddi komanda olduğunu bildirib:
 
"Prosineçki ilə uzun illər birgə oynamışıq və yaxşı münasibətimiz olub. O, "Barselona"nın oyun üslubunu, topla oynamağı sevir. Həmin oyun üslubunu hazırda çalışdığı Azərbaycan yığmasında da tətbiq edir. Doğrudur, bəzi futbolçular onun bu üslubuna uyğun səviyyədə deyil. Lakin Prosineçki hər zaman topun səhvsiz ötürülməsində israrlıdır.

O, heç də yaxşı vəziyyətdə olmayan bir yığma komandaya rəhbərlik etmək vəzifəsini üzərinə götürdü. Lakin seçmə mərhələnin iki oyunundan sonra komandanı ayağa qaldıra bilib. Prosineçki yığmanı modernləşdirib. Artıq Azərbaycan millisi daha ciddi komandadır.
 
Bu mənada düşünmürəm ki, Osiyekdəki nəticəni təkrarlaya bilək. Səfərdə də onlara 6 qol vurmaq asan olmayacaq. Üstəlik 35 dərəcə istidə oynamaq bizə çətinlik yaradacaq. Azərbaycanda rəhbərlik də Prosineçkiyə inanır və ondan uğur gözləyir".

Qeyd edək ki, Azərbaycan - Xorvatiya oyunu sentyabrın 3-də, Bakıda keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.