|
|
|
|

İspaniya La Liqasının ilk turunda səfərdə "Atletik"ə 1:0 hesabı ilə qalib gələn "Barselona" ciddi ilə üzləşib.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisinin iki futbolçusu - Dani Alveş və Serxio Buskets zədələnərək sıradan çıxıb.
Bilbaoda baş tutan görüşdə zədələnərək meydanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalan hər iki futbolçunun durumu ciddidir. Busketsin 15 gün, Alveşin isə 1 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Qeyd edək ki, Alveş La Liqada "Malaqa", "Atletiko", "Levante" və "Selta Viqo" ilə oyunlarla yanaşı, Çempionlar Liqasının iki qrup matçında da komandasına kömək edə bilməyəcək.



