https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Xorvatiya millisinin Bakıya gələcək heyəti müəyyənləşdi

Xorvatiya millisinin Bakıya gələcək heyəti müəyyənləşdi

Sentyabrın 3-də "Avro-2016"nın seçmə mərhələsində Bakıda millimizin qonağı olacaq Xorvatiya yığmasının heyəti açıqlanıb.

Qol.Az-ın Xorvatiya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmanın baş məşqçisi Niko Kovaçın müəyyənləşdirdiyi siyahıda 24 futbolçu yer alıb.

Onların sırasında Luka Modriç, İvan Rakitiç, Mario Mandzukiç, Dario Srna, eləcə də "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Panatinaikos"un futbolçusu Daniel Pranyiç də var.

Qeyd edək ki, sentyabrın 3-də Bakıda millimizin qonağı olacaq Xorvatiya millisi 3 gün sonra səfərdə Norveçlə üz-üzə gələcək.

Qapıçılar: Daniyel Subaşiç ("Monako", Fransa), Lovre Kaliniç ("Hayduk"), İvan Varqiç ("Rijeka")

Müdafiəçilər: Dariyo Srna ("Şaxtyor", Ukrayna), Sime Vrsaljko ("Sassuolo, İtaliya), Marko Leskoviç ("Rijeka"), Vedran Corluka ("Lokomotiv", Rusiya), Domaqoy Vida ("Dinamo", Ukrayna), Deyan Lovren ("Liverpul", İngiltərə), Daniel Pranyiç ("Panatinaikos", Yunanıstan), Marin Leovaç (PAOK, Yunanıstan)

Yarımmüdafiəçilər: Luka Modriç ("Real", Madrid), Milan Badelj ("Fiorentina", İspaniya), Marselo Brozoviç ("İnter", İtaliya), Mateo Kovaçiç ("Real", Madrid), İvan Rakitiç ("Barselona", İspaniya), Miyo Caktas ("Hayduk")

Hücumçular: Nikola Kaliniç ("Fiorentina", İtaliya), Ante Rebiç ("Fiorentina"), Marko Pyaka ("Dinamo", Zaqreb), İvan Perisiç ("Volfsburq"), İvisa Oliç (HSV), Mario Mandzukiç ("Yuventus"), Andrey Kramarik ("Lester Siti", İngiltərə).

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.