https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Böyükağa Hacıyev: "Qarabağ"ın şansı daha çoxdur"

Böyükağa Hacıyev: "Qarabağ"ın şansı daha çoxdur"

AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev "Qarabağ" və "Qəbələ" klublarının Avropa Liqasının pley-off mərhələsində cavab görüşləri haqda fikirlərini bildirib.

525.az-ın "Report"a istinadən verdiyi məlumata görə, "Neftçi"nin sabiq baş məşqçisi mərhələ keçdikcə çətinliklərin olduğunu deyib:
 
"Komandalar məğlub olur və yüksək mərhələyə ən yaxşılar gəlir. Həm "Qəbələ", həm də "Qarabağ"ın ilk oyunlarına baxmışıq. Hər iki komanda yığışmalı, bütün ciddiyyətini ortaya qoymalıdır".

B.Hacıyev komandaların qrup mərhələsinə vəsiqə qazanmaq şansını dəyərləndirərkən bildirib ki, "Qəbələ" ilə müqayisədə "Qarabağ"ın şansı daha çoxdur: "1:0 hesabı "Qarabağ"ın üstünlüyüdür. Amma burada 0:0 hesabı olmayacaq. Ya "Qarabağ", ya da rəqib qol vuracaq. Oyuna ciddi yanaşılmalıdır. "Qəbələ" də ilk oyunda qol vurmayıb. Onların şansı 50-50-yədir. Futbolda əvəzolunmaz komanda yoxdur".

Məşqçilər Komitəsinin üzvü vaxtilə baş məşqçisi olduğu "Neftçi" haqda isə danışmaq istəməyib. O, məsələni bu cür izah edib: "Mən "Neftçi" haqda danışmağı tərgitmişəm. Çünki o komanda mənə çox yaxın olub və 3 ildə 6 nəticə vermişəm. İndi "Neftçi"ni belə görəndə danışmaq istəmirəm".

B.Hacıyev yenidən "Neftçi"yə qayıdacağını istisna etməyib: "Həyatda hər bir möcüzəyə inanmaq lazımdır. Sabah nə olacağını bilmək olmaz. Orada işləyənlərə uğurlar arzu edirəm".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.