|
|
|
|

Fransa Liqasında IV turun oyunlarına yekun vurulub.
Qol.Az-ın məlumatına görə, son oyun günündə 3 oyun baş tutub.
“Sent Etyen” öz meydanında “Bastiya”ya qalib gəlib – 2:1.
“Bordo” doğma meydanda “Nant”dan üstün olub – 2:0.
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Monako” doğma azarkeşləri önündə son Fransa çempionu PSJ-ni qəbul edib. Oyun qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0.



