https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

İdmançımız "Dünya rekordlar kitabı"na düşüb

İdmançımız "Dünya rekordlar kitabı"na düşüb
İdmanın güləş növü üzrə üç dəfə Avropa və üç dəfə Dünya kubokunun sahibi salyanlı pəhləvan-güləşçi Vüsal Cavadlı daha bir ilkə imza atıb.

525.az AzərTAc-a istinadən xəbər verir ki, o, Qafqaz Dünya Rekordlar Federasiyanın prezidenti Etibar Budaqlının iştirakı ilə Dünya rekordlar kitabına düşmək üçün Salyan Olimpiya İdman Kompleksində xüsusi nömrə göstərib.

Ayaqları bağlı vəziyyətdə başıaşağı sallanan Vüsal Cavadlı əllərində hər birinin çəkisi 24 kiloqram, dişində isə 32 kiloqram olan çəki daşlarını 16 saniyə saxlayıb. Bununla da Vüsal Cavadlının adı "Dünya rekordlar kitabı"na düşüb. O, bu ada layiq görülən ilk azərbaycanlıdır.

O, gələcəkdə adını Ginnesin rekordlar kitabına da yazdırmaq niyyətindədir.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.