|
|
|
|

"Mançester Yunayted" futbolçusu Xavyer Hernadesi satıb.
Qol.Az-ın xəbərinə görə, 27 yaşlı hücumçu "Bayer"ə transfer olunub. Bu barədə Leverkuzen təmsilçisinin saytı məlumat yayıb. Meksikalı oyunçu ilə 3 illik müqavilə imzalanıb.
Transferin təzminat qiyməti barədə məlumat verilməyib.
Qeyd edək ki, X.Hernandes ötən mövsüm icarə əsasında Madrid "Real"ında çıxış edib.



