https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

AFFA-nın baş katibindən Cavid Hüseynovun həbsinə münasibət

AFFA-nın baş katibindən Cavid Hüseynovun həbsinə münasibət
AFFA-nın baş katibi Elxan Məmmədov "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun həbsinə münasibət bildirib.

"Report"un məlumatına görə, E.Məmmədov deyib ki, bu hadisə təəssüfedicidir:

"Biz öncədən hadisəyə münasibətimizi bildirmişik. Cavid Hüseynov yaxşı futbolçudur. Son zamanlar da yaxşı formada idi. Yəni, həm təmsil olunduğu klubda, həm də milli komandada özünü yaxşı göstərirdi. Ona daim əsas heyətdə yer verilirdi, güvənilirdi. Çox təəssüf ki, belə hadisə baş verdi.
 
Ümidvarıq ki, o, gələcəkdə də karyerasını davam etdirəcək və azarkeşləri sevindirəcək. Əsas odur ki, ədalətli qərar olsun".

E.Məmmədov bildirib ki, AFFA C.Hüseynovla bağlı müvafiq qurumlara rəsmi müraciət etməyib:

"İstintaqın gedişini gözləyirik. Nəticə bəlli olduqdan sonra onun əsasında müraciət edəcəyik".
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.