https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Azərbaycan millisinin ən böyük gücü Prosineçkidir"

"Azərbaycan millisinin ən böyük gücü Prosineçkidir"

"Azərbaycan millisinin futbolçuları mənə baş məşqçiləri Robert Prosineçkidən razı qaldıqlarını bildiriblər. O, gəlişi ilə yığmada dəyişikliklər etdi. Bu, Berti Foqtsun gedişindən sonra xoş sürpriz oldu". 
 

Qol.Az-ın məlumatına görə, bu sözləri Bakı "İnter"inin xorvatiyalı futbolçusu Stefan Polyak ölkəsinin mətbuatına açıqlamasında deyib.

"Avro-2016"nın seçmə mərhələsində keçiriləcək Azərbaycan - Xorvatiya oyunu haqda danışan Polyak deyib: "Xorvatiyaya Bakıda asan olmayacaq. Çünki orada havanın hərarəti yüksək olur. Hətta bəzən istilik 40 dərəcəyə qədər yüksəlir.

Prosineçki Azərbaycanda adından söz etdirə bilib. Onun rəhbərliyi altında Azərbaycan millisi seçmə mərhələdə Maltanı məğlub edib, Norveçlə səfərdə heç-heçə oynayıb. Hərçənd Berti Foqtsun zamanında da yığmada eyni futbolçular var idi. Ancaq Azərbaycan millisinin ən böyük gücü Prosineçkidir". 

Qeyd edək ki, sentyabrın 3-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Xorvatiya oyunu saat 21:00-da başlayacaq.

 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.