https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Xorvatiya ilə oyun Respublika stadionunda keçirilməli idi"

"Xorvatiya ilə oyun Respublika stadionunda keçirilməli idi"

Bakı "İnter"inin sabiq futbolçusu Matiya Şpiçiç "Avro-2016"nın seçmə mərhələsində keçiriləcək Azərbaycan - Xorvatiya matçı haqda danışıb.

Qol.Az-ın məlumatına görə, xorvatiyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında görüşün daha böyük tamaşaçı tutumlu stadionda keçirilməli olduğunu bildirib:

"Azərbaycan - Xorvatiya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli idi. Hətta matçı Bakı Olimpiya stadionunda da keçirmək olardı. Lakin AFFA görüşün 8-ci km qəsəbə stadionunda keçirilməsinə qərar verdi. Həmin stadionu görmüşəm. 15 min tamaşaçı tutumuna malik arenada azarkeş dəstəyi inanılmaz olur. Ancaq yenə deyirəm, bu matçın daha böyük arenada keçirilməsi məqsədəuyğun olardı".

Qeyd edək ki, sentyabrın 3-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Xorvatiya oyunu saat 21:00-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.