https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Old Trafford"u siçan basıb

"Old Trafford"u siçan basıb

“Mançester Yunayted” futbol klubunun “Old Trafford” stadionu sanitar təftişin yekunları üzrə yüksək qiymət ala bilməyib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb meydanda və tribunaların altındakı məkanlarda xeyli sayda siçanların aşkar edilməsi olub.

Yoxlamalar zamanı arena ərazisindəki restoranların işindən də narazı qalınıb. Məhsulların saxlanılma normalarının pozulması müəyyən edilib.

Qeyd edək ki, 2006-cı ildə “Mançester Yunayted” “Berton Albion” ilə İngiltərə Kubokunda qarşılaşarkən qonaq futbolçuların bəziləri meydanda gəmiricilərin olmasından şikayətlənmişdilər. 4 ildən sonra “qırmızı şeytanlar” “Vest Hem”i qəbul edərkən siçan fotokameranın obyektivinə düşmüşdü.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.