https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Millimizdən sensasiyalı uğur

Millimizdən sensasiyalı uğur

Dünən “Avro-2016”nın seçmə mərhələsində VII turun oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, H qrupunda mübarizə aparan yığmamız da növbəti oyununa çıxıb.

Robert Prosineçkinin rəhbərlik etdiyi millimiz Bakıda Xorvatiya ilə üz-üzə gəlib. Bundan əvvəl səfərdə güclü Norveç komandası ilə matçda bir xal qazanan millimiz bu dəfə də qrupun lideri Xorvatiya ilə heç-heçə edib - 0:0.

Ümumilikdə millimiz tarixində ilk dəfədir ki, ardıcıl üç oyunda uduzmur. Millimiz baş məşqçi Prosineçkinin gəlişindən sonra üç matça 5 xal qazanıb.

Qeyd edək ki, komandamız Xorvatiya ötən ilin oktyabrında səfərdə qarşılaşıb. Berti Foqtsun rəhbərliyi dövrünə təsadüf edən görüş millimizin biabırçı məğlubiyyəti ilə başa çatıb – 0:6.


Qeyd edək ki, Xorvatiya yığması 14 xalla qrup lideridir, millimiz isə 5 xalla 5-ci pillədə qərarlaşıb.

3 sentyabr

“AÇ-2016”nın seçmə mərhələsi

H qrupu

21:00. Azərbaycan - Xorvatiya - 0:0

Baş hakim: Ruddi Buke (Fransa)
Bakı. 8-ci kilometr qəsəbə stadionu

Azərbaycan: Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov (k), Bədavi Hüseynov, Arif Daşdəmirov, Məhəmməd Qurbanov (Rəşad Sadiqov, 63), Qara Qarayev, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ruslan Qurbanov  (Vüqar Nadirov, 79), Dmitri Nazarov (Eddi İsrafilov, 90)

Ehtiyat oyunçular: Aqil Məmmədov,  Səlahət Ağayev, Pavel Paşayev,  Ruslan Abışov, Tərlan Quliyev, Araz Abdullayev,  Cavid Tağıyev, Rauf Əliyev, Elnur Cəfərov

Xorvatiya: Daniel Subaşiç, Şime Vrsaylko, Vedran Çorluka, Domaqoy Vida,  Daniyel Pranyiç,  İvan Perisiç (Kaliniç, 83), İvan Rakitiç, Luka Modriç (k) (Brozoviç, 71), Milan Badel ( Kovaçiç,59), Marko Pyaça, Mario Manzukiç

Ehtiyat oyunçular: Vargiç,  Lovren, Leskoviç, Leovaç, Kaktas, Kramariç, Rebiç, Kaliniç, Oliç

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.