https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Rövnəq Abdullayev: "Futbolçularımız belə də davam etsinlər!"

Rövnəq Abdullayev: "Futbolçularımız belə də davam etsinlər!"

"Futbolçular yaxşı oynadılar, çalışdılar. Zarafat deyil, Xorvatiya Avropanın ikinci güclü komandasıdır. Mən deyərdim ki, Avropanın ən güclü futbolçuları oynayırdı və rəqiblə eyni gücdə, eyni səviyyədə mübarizə aparmaq yaxşı nəticədir. Bütün futbolsevərləri təbrik edirəm".

Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev "Avro-2016"nın seçmə mərhələsində millimizin Xorvatiya ilə qolsuz bərabərə qaldığı matçdan sonra deyib.

O, qarşılaşmadan sonra futbolçularla görüşdüyünü və onları təbrik etdiyini söyləyib:

"Onları təriflədim. Belə davam etsinlər!"

R.Abdullayev futbolçularla dünənki görüşündən də danışıb: "Futbolçulara söylədim ki, keçən dəfə həyatımda birinci dəfə  ilk hissədən sonra stadionu tərk etdim, dözə bilmədim. Onlara dedim, elə etsinlər ki, bunun əvəzini çıxsınlar və bacardılar. Xorvatiya çox arxayın gəlmişdi".

R.Abdullayev Azərbaycan Cüdo Federasiyasına prezidenti olacağı xəbərlərinə də münasibət bildirib: "Baxarıq, görək də".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.