|
|
|
|

Kazanın “Rubin” klubu baş məşqçisi Rinat Bilyaletddinovu istefaya göndərəcək.
Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığə xəbərə görə, Tatarıstan hökuməti adıçəkilən məşqçi ilə müqavilənin ləğvi üçün klubun yeni prezidenti İlsur Metşinə tapşırıq verib.
“Sport-ekpress” qəzeti isə yazıb ki, Bilyaletddinov komandanın dünənki məşqinə çıxmayıb. Böyük ehtimalla, o, bu gün rəsmən istefaya göndəriləcək.
Digər xəbərə görə, “Rubin”in yeni baş məşqçisi Belarus BATE-sindəki faəliyyəti ilə məşhur olan Viktor Qonçarenko olacaq.



