https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Xorvatiya da əmin oldu ki, Azərbaycan millisi hədiyyə deyil"

"Xorvatiya da əmin oldu ki, Azərbaycan millisi hədiyyə deyil"

İtaliya millisinin baş məşqçisi Antonio Konte "Avro-2016"nın seçmə mərhələsində Maltaya qalib gəldikləri oyun (1:0) haqda danışıb.
 
Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, 46 yaşlı mütəxəssis 0:0 hesabı ilə başa çatan Azərbaycan - Xorvatiya matçına da toxunub:

"Meydana yalnız qələbə üçün çıxmışdıq. Lakin qol epizodlarından yararlana bilmədikcə, qələbə də təhlükə altına düşür. Bununla belə, şadam ki, qalib gələrək liderliyə yüksəldik. Bolqarıstanla görüşdə də 3 xal qazanmağa çalışacağıq.

Qrupumuzdakı komandalar zəif deyil. Dünənki oyunlardan sonra anlamalıyıq ki, heç bir komanda rəqibinə asanlıqla təslim olmur. Malta və Azərbaycan milliləri hədiyyə deyil. Onlara qarşı oynamaq çətindir. Xorvatiya da buna əmin oldu. Artıq futbol bütün ölkələrdə inkişaf edir. Heç bir rəqibi daha 1 ayaqla məğlub edə bilməzsən".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.