https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

“Qəbələ”dən Cavid Hüseynovla bağlı yeni açıqlama

“Qəbələ”dən Cavid Hüseynovla bağlı yeni açıqlama

"Qəbələ" İdman Klubu həbsdə olan futbolçusu Cavid Hüseynovun adının Avropa Liqasının qrup mərhələsinin iştirak ərizəsinə salınmasına aydınlıq gətirib.

525.az-ın xəbərinə görə, klubun rəsmi Facebook səhifəsində yayılan açıqlamada bildirilir ki, adıçəkilən futbolçu barəsində seçilən 3 aylıq həbs qətimkan tədbiri noyabrın əvvəlində başa çatır.

“Qrup oyunları isə dekabr ayının ortalarınadək davam edəcək. Əgər istintaq nəticəsində Cavid Hüseynovun günahsızlığı təsdiq edilsə və futbolçu azadlığa buraxılsa, o qrup oyunlarında iştirak etmək şansı qazanacaq. Məhz bu ehtimal nəzərə alınaraq Cavid Hüseynovun adı iştirak ərizəsinə salınıb.

Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsi üçün təqdim olunan iştirak ərizəsinə sonradan əlavələr etmək mümkün deyil” – deyə açıqlamada qeyd olunub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.