|
|
|
|

Bu gün "Avro-2016"nın seçmə mərhələsində 8-ci turun oyunları keçiriləcək.
Qol.Az-ın məlumatına görə, yığmamızın yer aldığı H qrupunda daha iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı Norveçdə baş tutacaq. Burada yerli Norveç yığması Xorvatiyanı qəbul edəcək. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandaların dueli maraqla gözlənilir.
Bakıda millimizlə görüşdə iki vacib xal itirən xorvatlar səfərdə qələbə qazanacaqları təqdirdə ən azı ikinci pillədəki mövqeyini qorumuş olacaq. Norveç qalib gələrsə, Xorvatiyanı turnir cədvəlində qabaqlayacaq. Bu matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da veriləcək.
Qrupun lideri İtaliya millisi isə evdə Bolqarıstanı sınağa çəkəcək. Son oyunda Maltanı məğlub edərək (1:0) liderliyə yüksələn Antonio Kontenin komandası bu matçın favoriti hesab olunur. İtaliya yığması mövqeyini qorumaq üçün bu matçdan qələbə ilə ayrılmağa çalışacaq. Lakin xal ehtiyatını artırmaq istəyən Bolqarıstan yığması da səfərdən sərfəli nəticə ilə ayrılmaq niyyətindədir.
6 sentyabr
"Avro-2016"nın seçmə mərhələsi, 8-ci tur
21:00. Norveç - Xorvatiya - 2:0
Qollar: Berget, 51 (1:0), 69 (2:0)
23:45. İtaliya - Bolqarıstan



