https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Türkiyə Hollandiyanı məğlub etdi

Türkiyə Hollandiyanı məğlub etdi

“Avro-2016”nın seçmə mərhələsində 8-ci turun oyunları keçirilir.

Qol.Az-ın məlumatına görə, milli komandamızın yer aldığı H qrupundan əlavə A və B qrupunda da oyunlar baş tutub.

A qrupunun lideri İslandiya öz meydanında autsayder Qazaxıstanı qəbu edib. İslandiya bu görüşdə qələbə qazanmaqla Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edə bilərdi. Lakin görüşdə qapılara qol vurulmayıb. Qrup ikincisi Çexiya səfərdə Latviyanın qonağı olub və 2:1 hesablı qələbə qazanıb.

Qrupun maraq doğuran görüşü Türkiyədə keçirilib. Burada yerli Türkiyə millisi Hollandiyanı sınağa çəkib.

Üçüncü pillə uğrunda mübarizədə Fatih Terimin komandasını yalnız qələbə qane edirdi ki, “ay-ulduzlu”lar bunu bacarıb. Görüş türklərin böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0.

B qrupunun lideri olan Uels öz meydanında İsraillə münasibətlərinə aydınlıq gətirib. Oyunda qapılara qol vurulmayıb.
 
Qrup ikincisi Belçika isə səfərdə Kiprin qonağı olub. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0. Qrupun digər matçında Bosniya və Hersoqavina yığması öz meydanında autsayder Andorranı məğlub edib – 3:0.

Qeyd edək ki, C, D, E, F, G və İ qruplarının oyunları bu gün və sabah axşamı keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.