https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

“Qəbələ”nin etdiyi kiçik möcüzədir”

“Qəbələ”nin etdiyi kiçik möcüzədir”

“Qəbələ”nin Avropa Liqasının qrupuna düşməsi ilk növbədə düzgün işin nəticəsində mümkün olub. Qrupa vəsiqə qazanmaq üçüb çətin yol keçdik. Özü də bu, tamamilə yeni bir komandadır”.

Qol.Az-ın xəbərinə görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk komandasının Avropa Liqasındakı uğurlu çıxışını Ukraynanın Odessa şəhərinin “Reportyor” kanalına şərh edərkən bildirib.

“Dörd mərhələ keçmək olar. Sadəcə, biz çox yaxşı və doğru işlədik. Komanda iyunun 21-də toplandı. O vaxt futbolçularımız məxtəlif durumda idilər. Elələri vardı ki, yarım ildi futbol oynamırdılar. Bəziləri isə iyunun 21-dən sonra komandaya qoşuldular. Sonra isə komanda yavas-yavaş forma yığmağa başladı.

Tanrıya şükür ki, bizdə hər şey alındı, getdikcə gücləndik. Məntiqlə bundan sonra “Qəbələ” üçün daha rahat olmalıdır. Çünki indi komanda həm funksional, həm də oyun baxımından əla vəziyyətdədir” – deyə R.Qriqorçuk bildirib.

Ukraynalı mütəxəssis qrupa vəsiqə qazandıqdan sonra “Qəbələ”nin transfer etdiyi üç futbolçunun durumundan da danışıb.
 
“Biz onlara ümid bəsləyirik. İndi ən vacibi bu futbolçuların lazımi formaya düşməsidir. Hələ çox yaxşı vəziyyətdə deyillər. Bizə lazımdı ki, onlar tezliklə heyətə düşə bilsinlər”.

R.Qriqorçuk “Qəbələ”nin uğurlarına görə futbolçularına və klubun rəhbərliyinə təşəkkür edib.

“Klubun rəhbərliyi lazimi futbolçuların alınması üçün hər şeyi etdi, komandaya yüksək şərait yaratdı”.

Ukraynalı mütəxəssis qeyd edib ki, “Qəbələ” qrupa düşsə də, klub rəhbərliyi bundan sonra da uğur qazanılmasını istəyir:
 
“Dəqiq bilirəm ki, mənim rəhbərliyim bu uğurlarla qane olmaq istəmir. Onlar daha da irəli getməyi hədəf qoyublar. Amma biz eyforiyaya qapılmamalıyıq. “Qəbələ”nin etdiyini kiçik möcüzə də adlandırmaq olar.

Futbolda belə hallara az halda rast gəlinir. Hərçənd biz artıq sakitləşməliyik. Əsas odur ki, bundan sonra formaslaşdırdığımız oyunu qoruya bilək”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.