https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

San Marino Ronaldonu ələ saldı

San Marino Ronaldonu ələ saldı

"Avro-2016"nın seçmə mərhələsində səfərdə Litvaya qol vurmaqla14 illik uğursuz seriyaya son qoyan "San Marino" yığmasının rəsmi "Tvitter" səhifəsi Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonu ələ salıb.

Qol.Az-ın məlumatına görə, "Tvitter" səhifəsində San Marino yığmasının sentyabr ayında bir qol vurduğu, Ronaldonun isə bu ay fərqlənə bilməməsi vurğulanıb.

30 yaşlı futbolçu Portuqaliya millisinin heyətində Fransa ilə yoxlama, Albaniya ilə seçmə mərhələ oyunlarında meydanı qol vurmadan tərk edib.

Qeyd edək ki, San Marino yığması 14 il sonra Litva ilə görüşdə (1:2) ilk dəfə səfərdə qol vurmağı bacarıb. Cırtdan ölkə təmsilçisi sonuncu dəfə 2001-ci ildə səfərdə Latviya ilə matçda fərqlənib. Həmin görüşdə qalib müəyyənləşməyib - 1:1.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.