https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Kovaç Xorvatiya millisindən qovuldu

Kovaç Xorvatiya millisindən qovuldu

"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqiblərindən olan Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç istefaya göndərilib.

Qol.Az-ın Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, buna yığmanın seçmə mərhələnin son iki turunda uğursuz çıxış etməsi səbəb olub.

Öncə Bakıda millimizlə 0:0 bərabərə qalan Niko Kovaçın başçılıq etdiyi komanda ardından səfərdə Norveçə 0:2 hesabı ilə uduzaraq turnir cədvəlinin üçüncü pilləsinə yuvarlanmaqla yanaşı, Avropa çempionatının final mərhələsinə birbaşa getmək şansını da çətinə salıb.

Komandanın son çıxışlarından narazı qalan federasiya rəhbərliyi Kovaçla yolları ayırmaq qərarına gəlib. Yeni baş məşqçinin adının sentyabrın 21-nə kimi açıqlanacağı bildirilir.

Qeyd edək ki, Kovaç 2013-cü ilin oktyabr ayından Xorvatiya yığmasını çalışdırıb. Komanda onun rəhbərliyi altında 10 qələbə qazanıb, 5 heç-heç edib və 4 dəfə uduzub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.