|
|
|
|

Braziliya millisinin hücumçusu Neymar yeni rekorda imza atıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, "Barselona"nın futbolçusu yığma komandaların heyətində 46 qol vurmağı bacaran ən gənc futbolçu olub.
Yeni rekord ABŞ-la keçirilən yoldaşlıq görüşünə təsadüf edib. Neymar Braziliya millisinin 4:1 hesabı ilə qələbə qazandığı oyunda dublla yadda qalıb.
Qeyd edək ki, 23 yaşlı futbolçu 46 qolu Braziliya yığmasında keçirdiyi 67 oyunda vurub.



