https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Qriqorçukdan Azərbaycan jurnalistlərinə dəstək

Qriqorçukdan Azərbaycan jurnalistlərinə dəstək

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk futbolçusu Aleksey Antonovun Ukrayna mətbuatına müsahibəsində azərbaycanlı jurnalistləri qeyri-peşəkarlıqda ittiham etməsinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, ukraynalı mütəxəssis "azerisport.com"a açıqlamasında Antonovla bu barədə danışacağını deyib. O, özünün Azərbaycanda idman jurnalistikasının durumundan razı qaldığını bildirib:

"Futbolçular, məşqçilər və jurnalistlər arasında qarşlıqlı hörmət olmaldır. Jurnalistlərə hörmət etməliyik.

Hamımız futbolun inkişafına çalışırıq. Mən Antonovun verdiyi müsahibəni oxumamışam. Amma bu barədə ondan soruşacağam. Futbolçularıma da demişəm ki, Azərbaycanda jurnalistikanın səviyyəsi ciddidir və mətbuat nümayəndələri ilə danışarkən diqqətli olmalıyıq. Hətta nəticələr ürəkaçan olmayanda da jurnalistlərlə danışmaqdan imtina etmək olmaz. Qeyri-peşəkar jurnalistlər hər bir ölkədə var. Bütün jurnalistlərlə danışmaq mümkün deyil. Amma yalnız peşəkarla danışıb, qeyri-peşəkarlarla danışmamaq da mümkünsüzdür. O, heç vaxt müsahibə verməkdən imtina etmir. Aleksey çox yaxşı insandır" – deyə R.Qriqorçuk bildirib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.