https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Erməni şahmatçılar Azərbaycana gəliblər

Erməni şahmatçılar Azərbaycana gəliblər
“Dünya Kubokunda mümkün qədər yaxşı çıxış etmək istəyirəm. Bizi çox maraqlı və gərgin mübarizə gözləyir”.
 
Apasport.az saytının məlumatına görə, bunu Ermənistan millisi şahmatçısı Levon Aronyan deyib.
 
Dünya Kubokunda iştirak edəcək Ermənistan yığması az öncə Bakıya gəlib.

Yarışın mətbuat xidmətinə açıqlama verən Aronyan bildirib ki, sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək yarışda onları çox maraqlı və gərgin mübarizə gözləyir:
 
“Bütün şahmatçılar Bakıya iddialı gəlib. Əsas rəqiblərim arasında yerli şahmatçılardan Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da var. Bakı haqqında dostlar mənə çox şeylər danışıblar. Turnirin sonuna yaxın imkan olsa şəhəri görmək maraqlı olardı. Mənim müəllimlərim arasında əslən Bakıdan olanlar da olub”.
 
Qeyd edək ki, Ermənistan millisi Dünya Kubokunda 4 şahmatçı ilə təmsil olunacaq.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.