https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Pike: "Hər zaman "Real"ın uduzmasını istəyirəm"

Pike: "Hər zaman "Real"ın uduzmasını istəyirəm"

İspaniya millisinin müdafiəçisi Jerar Pike "Avro-2016"nın seçmə mərhələsində Slovakiya ilə oyunda azarkeşlər tərəfindən fitə basılmasına münasibət bildirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, "Barselona"lı futbolçu bunun Kataloniya təmsilçisi ilə "Real" (Madrid) arasındakı əzəli rəqabətlə bağlı olduğunu deyib:

"Məncə, azarkeşlər məni "Barselona" və "Real" arasındakı rəqəbətə görə fitə basdı. Ancaq mən dəyişməyəcəm. Buna görə yığma komandadan getməyi düşünmürəm. Belə etsəm, məni fitə basanları sevindirmiş olaram".

28 yaşlı futbolçu "Real" haqda sərt fikirlər söyləyib. O, Madrid təmsilçisinin hər zaman uduzmasını istədiyini bildirib:

"Real"ın hər zaman uduzmasını istəyirəm. Ümid edirəm ki, onların bu mövsüm işləri yolunda getməyəcək.

Mən yalnız öz klubumu çox sevirəm. Buna görə də heç kim mənim dəyişməyimi gözləməsin".

Qeyd edək ki, İspaniyanın evdə Slovakiyaya 2:0 hesabı ilə qalib gəldiyi oyunda ispan azarkeşlər Pikeni fitə basıblar. Bunun Pikenin "Sevilya" ilə UEFA superkubok matçından (5:4) sonra "Real"ı təhqir etməsi ilə əlaqədar olduğu iddia edilir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.