|
|
|
|

Azərbaycan Turizm və Menecment Universitetində “Bilik Günü” qeyd olunacaq.
525.az-a Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, sentyabrın 15-də saat 11.30-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU-nun əsas korpusunun həyəti, Koroğlu Rəhimov 822/23, Gənclik m.) və saat 12:30-da Bakı Turizm Peşə Məktəbində (Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi 17) 2015/2016-cı tədris ilinin başlanması münasibəti ilə tədbir keçiriləcək.
Tədbirdə mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev, Nazirliyin məsul əməkdaşları, ATMU-nun kollektivi, tələbələr, onların valideynləri və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulub.



