https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Azad Rəhimovdan stadion direktorunun istefasına münasibət

Azad Rəhimovdan stadion direktorunun istefasına münasibət

Gənclər və idman naziri Azad Rəhimov Akif İsmayılovun Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru vəzifəsindən istefasına münasibət bildirib.
 
Nazir Report-a açıqlamasında A.İsmayılovun səhhətindəki problemlərlə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunduğunu söyləyib.

Onun sözlərinə görə, hələlik yeni təyinat gerçəkləşməyib:

"Biz müsabiqə elan etmişik. Bunun əsasında kimin təyin olunacağını biləcəyik. Üstəlik, stadionun icarədarı "Qarabağ" klubu ilə danışıqlar aparırıq. Yeni təyinatda onların da rolu olacaq".

Nazir "Qarabağ"ın oktyabrın 1-də Belçika "Anderlext"i ilə keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin II tur matçına hazırlaşan Respublika Stadionunun ot örtüyündə hər şeyin qaydasında olduğunu və işlərin getdiyini də əlavə edib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.