|
|
|
|

"Çelsi" baş məşqçisi Joze Mourinyo və futbolçuların məşq zamanı zarafat etmələrini qadağan edib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın mövsümə uğursuz başlaması səbəbindən bu addım atılıb. Bildirilir ki, komanda "qara zolaq"dan çıxana qədər zarafat edilməsinə icazə verilməyəcək.
Qeyd edək ki, "Çelsi" İngiltərə Premyer Liqasında 5 turdan sonra 4 xalla 17-ci pillədədir.



