|
|
|
|

Sentyabrın 15-də Azərbaycan Müəllimlər İnstitutunda “15 sentyabr – Bilik günü” münasibətilə tədbir keçirilib.
İnstitutun Mətbuat və informasiya şöbəsindən 525.az-a verilən məlumata görə, dövlət himni səsləndirildikdən sonra institutun rektoru, millət vəkili, professor Aqiyə Naxçıvanlı giriş sözü ilə çıxış edərək professor-müəllim heyətini, tələbələri bilik günü və yeni 2015-2016-cı tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Rektor A.H.Naxçıvanlı “15 sentyabr – Bilik günü”nün respublikamızın bütün tədris müəssisələrində təntənə ilə qeyd edildiyini bildirib.
Vurğulayıb ki, Heydər Əliyev təhsili millətin gələcəyi adlandırır, Azərbaycanın gələcəyini gənclərdə görürdü.
Bu gün cəmiyyətdə vətənpərvər, savadlı gənclərin yetişdirilməsində müəllimlərin üzərinə böyük vəzifə düşür. Bu gün cəmiyyətdə vətənpərvər, savadlı gənclərin yetişdirilməsində müəllimlərin üzərinə böyük vəzifə düşür. Təhsil hər bir dövlətin, cəmiyyət həyatının mühüm bir sahəsidir və cəmiyyət təhsilsiz inkişaf edə bilməz. O, həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, “Mən müəllimdən yüksək ad tanımıram” söyləyiv.
Hazırda dövlət başçısı cənab İlham Əliyev elm və təhsil ənənələrini uğurla davam etdirir. Rektor çıxışının sonunda instituta qəbul olmuş bütün tələbələrin yüksək tədris nəticələri əldə edəcəklərinə və dövlətçiliyimizə sadiq layiqli vətəndaş kimi formalaşacağına inandığını diqqətə çatdırıb.
İnstitutun İbtidai sinif müəllimliyi ixtisasına 463 balla daxil olan tələbə Nigar Məmmədova və Azərbaycan dili və ədəbiyyat ixtisasına 509 balla qəbul olan Bəxtiyar Əsədov çıxış edərək öz təbriklərini çatdırıb, sevinclərini tədbir iştirakçıları ilə bölüşüblər. 463 bal toplayaraq Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə tələbə adı qazanan Abbaslı Aytacın valideyni Hüsaməddin Abbasov, 468 balla Sosial iş ixtisasına daxil olan tələbə Abbasov Əmirxanın valideyni Səbinə Abbasova öz çıxışlarında institut haqqında eşitdikləri müsbət fikirlərin onlarda bu təhsil ocağına maraq yaratdığını qeyd edib, öz sevinclərini paylaşıblar.
Tədbirin sonunda hər bir ixtisas üzrə ən yüksək bal toplamış tələbələrə tələbə vəsiqəsi təqdim edilib, onların hər birinə “Heydər Əliyev: Şəxsiyyətin qüdrəti” kitabı hədiyyə olunub.



