|
|
|
|

Çempionlar Liqasında 2015/2016 mövsümünün qrup mərhələsinin oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçirilib.
A qrupunda PSJ öz meydanında "Malmö"nü qəbul edib və rəqibinə iki cavabsız qolla qalib gəlib. "Real" (Madrid) isə doğma meydanda "Şaxtyor"u darmadağın edib – 4:0.
B qrupunda "Mançester Yunayted" Hollandiyada PSV-nin qonağı olub. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Moskva CSKA-sı isə Almaniyada "Volfsburq"a uduzub – 0:1.
C qrupunun maraqla gözlənilən oyunu "Mançester Siti" və "Yuventus" arasında keçirilib. İtaliya təmsilçisi çətin səfər qarşılaşmasından qələbə ilə ayrılıb – 2:1. Digər görüşdə isə "Sevilya" öz meydanında "Borussiya"nı (Münhenqladbax) böyük hesabla məğlub edib – 3:0.
D qrupunda Türkiyənin "Qalatasaray" klubu doğma meydanda Madrid "Atletiko"sunu sınağa çəkib.
Qarşılaşma ispanların qələbəsi ilə yekunlaşıb – 2:0. Tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində oynayan "Astana" isə səfərdə "Benfika"ya uduzub – 0:2.
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin qalan 8 görüşü bu gün keçiriləcək.
15 sentyabr
Çempionlar Liqası, qrup mərhələsi
A qrupu
PSJ (Fransa) - "Malmö" (İsveç) - 2:0
Qol:Di Maria, 4 (1:0), Kavani, 61
"Real" (Madrid, İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 4:0
Qol: Benzema, 30, Ronaldo, 55-pen. 63-pen. 81



