https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Real Madrid" artıq ən bahalı futbol klubu deyil

"Real Madrid" artıq ən bahalı futbol klubu deyil

İspaniyanın "Real" futbol klubu "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən bahalı idman klubu reytinqındəki ilk yerini əldən verib. Onu ilk yerdən Amerika Milli Futbol Liqasının "Dallas Cowboys" klubu sıxışdırıb çıxarıb.

Trend "TASS" agentliyinə istinadla xəbər verir ki, iyulun ortalarında tərtib edilən reytinqin əvvəlki versiyasında Madrid klubu 3,26 milyard dollar həcmində qiymətləndirilirdi. Hazırda "Dallas Cowboys" klubunun dəyəri 4 milyard dollar məbləğində hesablanır.

Ən bahalı klublar siyahıda 2-ci və 3-cü yerləri Milli Futbol Liqasının daha bir təmsilçisi "New England Patriots" və Milli Beysbol Liqasında çıxış edən "New York Yankees" klubları (hər ikisi 3,2 milyard dollar) tutur. Beşinci yerdə isə 3,16 milyard dollarla İspaniyanın "Barselona" klubu qərarlaşıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.