|
|
|
|

"Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Şaxtyor"a (Donetsk) 4:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, yaxşı oyun nümayiş etdirdiklərini deyib:
"Rəqibimizin də bir çox qol epizodu oldu. Amma bu gün bizim günümüz idi. Yaxşı oynayaraq qələbə qazandıq. Üç qol vurduğum üçün sevinirəm. Komanda yoldaşlarıma mənə güvəndikləri üçün təşəkkür edirəm".



