|
|
|
|

Dünən Bakı Dövlət Universitetində Bilik günü münasibəti ilə tədbir keçirildi. Tədbir BDU-nun rektoru, akademik Abel Məhərrəmovun çıxışı ilə başladı. Rektor çıxışında ik növbədə Bilik günü münasibəti ilə müəllim və tələbə heyətini təbrik etdi, onlara bu yolda uğurlar arzuladı, daha sonra yüksək balla daxil olan gənclərə tələbə vəsiqələri, universitetin tarixini əks etdirən bukleti təqdim etdi, onlarla xatirə şəkli çəkdirdi.
Rektor çıxışında BDU-nun 97 illik tarixindən, inkişaf yolundan və bu yolda qazanılmış nailliyyətlərdən danışdı.
Sonra dövlət himnimizin sədaları altında BDU-nun bayrağı qaldırıldı.
Daha sonra jurnalistika sahəsi ilə ətraflı tanışlıq başladı.
Jurnalistika müəlliməlik qədər müqəddəs, həkimlik qədər incəliyi sevən, hakimlik qədər doğruluq, dəqiqlik tələb edən bir məsləkdir. Jurnalistikada ən böyük prinsip hansı şərtlərlə işləməkdən asılı olmayaraq obyektiv olmaqdır. Bunu da qeyd etmək istərdim ki, jurnalistika mövqe və vəzifə sahibi omaq üçün seçiləcək bir peşə deyil. Jurnalist olmaq yanlız idealist insanların işidir. İstənilən halda insanlara düzgün informasiyanın çatdırılması ilə prioritet təşkil etməlidir.
Jurnalistika sahəsində illər öncə öz sözünü demiş, xalqın milli yaddaşında silinməz iz qoymuş, mənsub olduğu millətinə, doğulub böyüdüyü vətəninə olan təmənnasız xidmətlər göstərmiş, qələminin gücü ilə xalqını oyatmış, "Əkinçi"nin naşiri Həsən bəy Zərdabinin məzarı önündə BDU-nun Jurnalistika fakültəsinə daxil olmuş 1-ci kurs tələbələri və müəllim heyəti ilə görüş keçirildi. Görüşdə BDU-nun Jurnalistika nəzəriyyəsi və təcrübə kafedrasının müdiri, professor Cahangir Məmmədli, Beynəlxalq jurnalistika kafedrasının müdiri Həmid Vəliyev, Beynəlxalq jurnalistika kafedrasının professoru Nəsir Əhmədli, kafedra müdiri, dosent Aynur Kərimova, jurnalistika kafedrasının dekanı Şamil Vəliyev, professor Qulu Məhərrəmli öz dəyərli fikirlərini bizimlə bölüşdülər və bu yolda bizə uğurlar dilədilər.
Gülnaz HACIYEVA
BDU-nun Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi



