https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Qriqorçuk: "Qələbəyə daha yaxın idik"

Qriqorçuk: "Qələbəyə daha yaxın idik"

“Qələbə qazana bilərdik. Amma bir xal əldə etdik. Bu nəticə ədalətlidirmi? bunu müzakirə etməyəcəm”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsində  POAK-la oyundan (0:0) sonra keçirdiyi mətbuat konafransında deyib.

- Bugünkü oyunda Derlis Meza Kolli əsas heyətə layiq olduğunu nə dərəcədə isbatlaya bildi?

- Qərarıma əsasən Meza Kolli start heyətdə oynadı. Bu, mənim qərarım idi. Onun haqda müsbət fikirdəyəm. Bütün futbolçular verilən tapşırığı yerinə yetirməyi bacardı.

- Siz rəqibi yaxşı analiz etmişdiniz, yoxsa onlar sizi?

- Biz rəqibi daha yaxşı analiz etmişdik. Qeyri-adi heç nə görmədik. Mən necə deyə bilərəm ki, İqor Tudor bizi nə dərəcədə analiz edib? Rəqib adından cavab verə bilmərəm. Rəqib iki taktiki variantdan istifadə edirdi. Hansı ki, biz də onları öyrənmişdik. Çətin oyun idi.

- Rəşad Sadiqov bugünkü qarşılaşmda iştirak etmədi. Onu yenidən start heyətdə görə biləcəyik?

- Rəşad Sadiqovu yenidən meydanda görəcəksiz. O, bizim üçün lazımlı oyunçudu. Onun xidmətindən istifadə edəcəyik. Rəqibin heyətində qiymətli oyunçular var. Bizdə elə ulduz futbolçu yoxdu ki, hər komandaya iki qol vursun. Ancaq öz futbolçularıma inanıram. Gələcəkdə daha yaxşı olacağını düşünürəm.

- "Borussiya" - "Krasnodar" qarşılaşmasının nəticəsindən yəqin ki, xəbəriniz var. Hesabı öyrəndikdə bunu necə qarşıladınız?

- Rəqiblərin nəticəsini öyrəndikdə bunu sakit qəbul etdim. Biz öz oyunumuzu fikirləşirik. Gəlin, nəzərə alaq ki, bunlar ilk oyunlardı.

- Start heyətində bütünlüklə legionerlərin olması nə ilə bağlı idi?

- Bu gün daha hazırlıqlı olan futbolçular oynadılar.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.