|
|
|
|

Bakı Ali Neft Məktəbi böyük nailiyyətlərə imza atıb. Bu ali məktəb əslində qısa müddətdir ki, fəaliyyət göstərir, amma buna baxmayaraq böyük nailiyyətlərə imza atıb. Bunun da ən gözəl nümunələrindən biri odur ki, BANM ən bacarıqlı, qabiliyyətli tələbələri özünə cəlb edə bilib. Təbii ki, bu, həm ali məktəbin, həm də SOCAR-ın böyük nailiyyətidir.
Məktəbdən verilən məlumata görə, bu fikirləri BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib.
"BP Azərbaycanda 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Bu zaman çərçivəsində biz SOCAR-la bərabər, digər partnyorlarla bərabər, Azərbaycanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq edirik və bir neçə böyük, iri miqyaslı təhsil layihələrində iştirak etmişik. Bu əməkdaşlığın mərkəzində duran bizim inamımızdır. Biz inanırıq ki, Azərbaycanda iri miqyaslı neft və qaz layihələrinin operatoru olaraq SOCAR-la bərabər, bizim qarşımızda bir öhdəlik durur. Bu ondan ibarətdir ki, biz həmin böyük iri miqyaslı neft və qaz layihələri üçün gözəl peşəkarlar, mütəxəssislər yetişdirək. Mən inanıram ki, SOCAR-la bərabər, Təhsil Nazirliyi və burdakı partnyor şirkətlərlə bərabər, biz bu əməkdaşlığı davam etdirərək doğurdan da gözəl mütəxəssislər inkişaf etdirərək, Azərbaycanın neft-qaz sənayesinə töhfələrimizi verəcəyik ", -deyə Q.Birell bildirib.
Q. Birell bildirib ki, 2013-cü ilin noyabrında BP şirkəti olaraq BANM-lə anlaşma memorandumu imzalanıb. Bu memorandumun sayəsində BANM-lə konkret əməkdaşlıq edirik. Onun sözlərinə görə BP-nin sahə ofislərinə tələbələr üçün səfər təşkil edilir. Ötən il Sənqəçal terminalına və "ATA Yard" sahəsinə səfər təşkil edilib. Ötən il BANM-in üç tələbəsi - Fidan Səlimzadə, İnsafəli Səmədov və Riyad Muradov yay təcrübə proqramına qoşulublar. Onlardan ikisi şirkətin keçirdiyi "Texno Fest" adlı müsabiqənin qalibi olub. Fidan Səlimzadə birinci, Riyad Muradov isə üçüncü yerə layiq görülüb.
Vəfa MƏMMƏDLİ



