https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Qarabağ"a iki qol vuran futbolçu danışdı

"Qarabağ"a iki qol vuran futbolçu danışdı

"Tottenhem"də Avropa Liqasındakı debüt matçımda iki qol vurduğum üçün çox şadam. İlk hissədə hesabda geri düşdük və qələbə qazanmaq üçün daha yaxşı oynamalıydıq. Qalib gəldiyimiz üçün çox xoşbəxtik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Tottenhem"in futbolçusu Hin-Min Son klubun rəsmi saytına açıqlamasında deyib.

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qalib gəldikləri oyunda dubl edən cənubi koreyalı futbolçu vurduğu qolu belə şərh edib: "İlk qol mənim üçün erkən oldu. Andros künc zərbəsindən ötürmə etdi və top sürpriz şəkildə qabağıma düşdü. Dele Alli də yaxşı futbolçudur. Gənc və istedadlıdır. Onunla yaxşı anlaşırıq. Azarkeşlərə gəlincə, onlar inanılmaz idi. Qrup mərhələsində evdə üç oyunumuz var idi. Onların hamısında qalib gəlmək istəyirik. Daha çox çalışacağıq və bunun bəhrəsini görəcəyik".

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin ilk turunda evdə "Qarabağ"ı qəbul edən "Tottenhem" 3:1 hesabı ilə qalib gəlib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.