https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Gəncə azarkeşlərindən rekord

Gəncə azarkeşlərindən rekord

Azərbaycan Premyer Liqasında son 9 mövsümün yeni rekordu qeydə alınıb.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 5-ci turun “Kəpəz” – “Qarabağ” qarşılaşmasını 20000 tamaşaçı izləyib.

Belə yüksək göstərici isə nəinki mövsümün, ümumiyyətlə son illərin rekordudur. Sonuncu dəfə 20000 və daha çox azarkeş 2006/07 mövsümündə qeydə alınıb. 2007-ci il fevralın 16-da Bakıda keçirilən “Neftçi” və “Xəzər Lənkəran” arasında “Böyük oyun”da Tofiq Bəhramov adına Respublika stadionuna 25000 tamaşaçı toplayıb. 3138 gün əvvəlki rekord qırılmasa da, ilk dəfə azarkeş sayında 20 minlik sədd fəth olunub.

Ümumiyyətlə isə 2004-cü ildən sonra 4-cü dəfədir ki, tamaşaçı sayı 20000 və ya daha çox olur.

2004/2015-ci illərdə 20000 və daha çox azarkeşim izlədiyi çempionat oyunları

2004/2005

10.06.2005. Qızıl oyun.  “Neftçi” – “Xəzər Lənkəran” -  2:1

Gəncə şəhər stadionu. 25000 tamaşaçı

2006/2007

16.05.2007. “Neftçi” – “Xəzər Lənkəran” -  1:0 – 25000

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 25000 tamaşaçı

2004/2005

11.05.2005. “Neftçi” – “Xəzər Lənkəran” -  2:1

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 21000 tamaşaçı

2015/2016

20.09.2015. “Kəpəz” – “Qarabağ” – 2:3

Gəncə şəhər stadionu. 20000 tamaşaçı

Qeyd edək ki, mövsümün əvvəlki turlarında qeydə alınan cəmi seyrçi sayı da “Kəpəz” – “Qarabağ” matçından az olub. İlk turunu cəmi 14000, II turu 16300, III turu 13350, IV turu 17400 tamaşaçı izləmişdi.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.