|
|
|
|

"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya" Bundesliqada yeni rekord müəyyənləşidirib.
Qol.Az-ın ESPN-ə istinadən verdiyi məlumata görə, Dortmund təmsilçisi Bundesliqanın ilk 5 turunda maksimum nəticə göstərib.
Keçirdiyi 5 oyunun hamısında qələbə qazanan Tomas Tuhelin komandası 18 qol vurub və cəmi 3 top buraxıb. "Borussiya" belə top fərqi ilə (+15) Bundesliqa tarixinin ən yaxşı göstəricisinə imza atıb.
Bununla da, "Borussiya" "Bavariya"nın rekordunu yeniləyib. 2012/2013 mövsümündə 5 turda 5 qələbə qazanan Münhen təmsilçisi həmin vaxt 17 qol vurub və qapısında 3 görüb.
Sonuncu dəfə ilk 5 turda 18 qol səddini "Köln" klubu aşıb. Bu komanda 1977/1978 mövsümündə rəqib qapılarına 19 qol vursa da, keçirdiyi 5 oyunun birində uduzub.



